20 sentyabr Azerbaycanın Neftçilərinin peşə bayramıdır. Bu bayramı Azərbaycan neftçisinə Ulu Öndər Heydər Əliyev bəxş edib. 20 sentyabr həm də "Əsrin Müqaviləsi" adını almış möhtəşəm sazişin imzalandığı gündür. 1994-cü ilin həmin günündə Xəzərin Azərbaycan bölməsindəki "AZƏRİ ÇIRAQ GÜNƏŞLİ" yataqlarının xarici şirkətlərlə birlikdə tammiqyaslı işlənməsi müqaviləsinin imzalanması Ümummilli liderin gərgin mübarizəsi və sonsuz qətiyyəti sayəsində mümkün olub. Bizim üçün 20 sentyabr neftçilərin bayramı kimi qeyd olunmasının özü də qanunauyğun bir haldır. Çünki neft sənayesi tarixində misilsiz bir addımdır. Ölkə Prezidenti İlham Əliyev bu barədə demişdir: "1994-cü ildə bizim planlarımız çox geniş idi. Biz bilirdik ki, məqsədimiz nədir. Ancaq onu da bilirdik ki, bu məqsədə çatmaq üçün yolumuz hamar olmayacaq. Elə də oldu. Azərbaycan çox böyük sınaqlardan əzmlə çıxdı və qarşıda duran bütün vəzifələri uğurla həll etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması Azərbaycanının iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsi ilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycan reallıqlarını böyük dərəcədə əks etdirir". Biz bunu da unutmamalıyıq ki, Azərbaycan bütün ölkələr içərisində tanınan yeganə ölkədir ki, təbii sərvətləri ilə seçilir. Cənab Prezidentimizin gecə-gündüz apardığı ağıllı, məqsədyönlü siyasətinin nəticəsi olaraq, ölkəmiz dünyada öz layiqli yerini tutmuşdur. Anar Əbdülov,Xocalı 2 saylı tam orta məktəbin müəllimi